İndoneziyanın “Boeing” istehsalı olan F-15EX “Eagle II” döyüş təyyarələrinin tədarükü ilə bağlı rəsmi yeniləmələr uzun müddətdir məhdud olsa da, “Boeing” rəsmiləri Sinqapur Hava Şousunda etdikləri açıqlamalarla satış ehtimalının faktiki olaraq başa çatdığını etiraf etdilər.
Redaksiya məlumat verir ki, 2023-cü ilin avqust ayında İndoneziya 24 ədədə qədər F-15EX üçün anlaşma memorandumu (MoU) elan etmişdi. “Defense News” tərəfindən yayımlanan xəbərə görə, “Boeing” bu prosesin artıq şirkət üçün başa çatdığını bildirib.


