AS TB 0 - 728x90
Dog licking mature woman in back yard masf23780.jpg

İngiltərədə yaşlı qadın itin dilindən keçən infeksiyadan həyatını itirdi

İngiltərədə 83 yaşlı qadın, ev heyvanının sadə bir hərəkəti nəticəsində həyatını itirib.

Redaksiya xəbər verir ki, qadının açıq yarasını onun saxladığı it yalayıb və bu zaman heyvanın tüpürcəyində olan təhlükəli bakteriyalar yaraya keçib. Nəticədə infeksiya yayılıb, septik şok yaranıb və qadının həyatı xilas olunmayıb.

Həkimlər xəbərdarlıq edir ki, xüsusilə yaşlı insanlar və immun sistemi zəif olan şəxslər açıq yaralarını ev heyvanları ilə təmasdan qorumalıdırlar. Belə təmaslar bəzən ciddi fəsadlara, hətta ölümlə nəticələnə bilər.

Mütəxəssislər ev heyvanları ilə gigiyenik davranmağa çağırır və yaraların üzərinin örtülü saxlanmasını tövsiyə edirlər.

Aytac Dəniz

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu