AS TB 0 - 728x90
1200x630

Kadırovun böyrəkləri fəaliyyətini dayandırdı, xəstəxanadadır

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlərin yarandığı iddia olunur. Məlumatlarda bildirilir ki, onun böyrəklərinin fəaliyyətini itirdiyi və hazırda Qroznı şəhərində xəstəxanada müalicə aldığı qeyd olunur.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Ramzan Kadırovun vəziyyəti səbəbindən ailə klanının üzvləri, o cümlədən xarici ölkələrdə yaşayan qohumları da Qroznıya gəliblər.

Mənbələrin bildirdiyinə görə, mövcud vəziyyət fonunda Kreml Çeçenistan rəhbərliyi üçün mümkün varis axtarışlarını fəallaşdırıb. Bu prosesin daxili siyasi sabitliyin qorunması məqsədi daşıdığı vurğulanır.

Ən çox müzakirə olunan namizədlər sırasında Maqomed Daudov, Apti Alaudinov və Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırovun adları çəkilir. Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu