Paytaxt Vaşinqtonda yerləşən Kapitol Yəhudi Muzeyində baş verən hadisə nəticəsində iki İsrail diplomatı həlak olub. Hadisə zamanı diplomatların yaxın məsafədən atəşə tutulduğu bildirilir.
Redaksiya xəbər verir ki, İsrail səfirliyinin sözçüsü Tal Naim Kohen “Fox News”-a verdiyi açıqlamada iki diplomatın muzeydə keçirilən yəhudi tədbiri zamanı öldürüldüyünü təsdiqləyib. Amerika Yəhudi Komitəsi də “X” platformasında tədbirin təşkilatçısı olduğunu bildirib. Kohen, hücum edənin tapılması və İsrail nümayəndələrinin və Amerika Birləşmiş Ştatlarındakı yəhudi icmalarının qorunması üçün yerli və federal səviyyədə hüquq-mühafizə orqanlarına tam inam bəslədiyini bildirib. “Fox News” həmçinin atəş açan şəxsin həm kişi, həm də qadın olduğunu təsdiqləyib, lakin onların şəxsiyyəti ilə bağlı əlavə məlumat verilməyib. Daha sonra isə qatilin bir kişi olduğu müəyyən edilib və qatil saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Daxili Təhlükəsizlik Katibi Kristi Noem, hadisənin “fəal şəkildə araşdırıldığını” və daha çox məlumat əldə etmək üçün çalışdıqlarını bildirib. İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Deni Danon, baş verənləri “antisemitizmin dəhşətli aktı” kimi qiymətləndirib və ABŞ hakimiyyətini bu cinayətə görə məsuliyyət daşıyanlara qarşı sərt tədbirlər görməyə çağırıb. İsrailin öz vətəndaşlarını və nümayəndələrini dünyanın hər yerində qorumağa davam edəcəyi vurğulanıb.
Sevinc Kərimova


