Filmin süjetinə görə, 1990-cı illərdə Vadim Baranov adlı prodüser perspektivli FTX əməkdaşı ilə işləməyə başlayır. Həmin əməkdaşın Vladimir Putin olduğu bildirilir və ekran əsəri onun siyasi arenaya daxil olma prosesini bədii formada təqdim edir.
Redaksiya xəbər verir ki, təqdim olunan ilk treyler filmi siyasi texnologiyalar, media manipulyasiyası və hakimiyyətə gedən yolda qurulan taktiki ittifaqlar üzərində qurulduğunu göstərir. Ekran əsərinin mərkəzində Baranovun “siyasi imic mühəndisi” kimi rolu dayanır.
Filmdə Rusiyanın 1990-cı illərdəki sosial və siyasi mühiti fon kimi istifadə edilir. Yaradıcı heyət, siyasi proseslərin ekranlaşdırılmasının sənədli dəqiqlik iddiası daşımadığını, lakin real tarixi fiqurlar və hadisələrin obrazlı şəkildə təqdim olunduğunu qeyd edir.
Premyera tarixi yaxın günlərdə açıqlanacaq.


