AS TB 0 - 728x90
Skynews crocus city hall russia 6498831.jpg

“Krokus Siti Hol” terror aktı üzrə ittiham aktı hərbi məhkəməyə göndərildi

Moskva yaxınlığında yerləşən “Krokus Siti Hol” konsert salonunda baş vermiş qanlı terror aktı ilə bağlı cinayət işi üzrə ittiham aktı baxılmaq üçün 2-ci Qərb Hərbi Dairə Məhkəməsinə təqdim olunub. Məhkəmə nümayəndələri bu barədə “İzvestiya” qəzetinə məlumat veriblər.

Redaksiya mənbəyə istinadla xəbər verir ki, Rusiya Prokurorluğu ittiham sənədini iyulun 1-də təsdiqləyib. İyunun 29-da isə saxlanılan şəxslərdən biri ifadəsində bu terror aktının Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, terrorçulara hücumun guya İŞİD tərəfindən törədildiyi haqqında saxta məlumat ötürülüb. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko iyunun 23-də açıqlama verərək, bu cinayət işinin istintaqının başa çatdığını elan etmişdi.

Qeyd edək ki, 2024-cü il martın 22-də “Krokus Siti Hol”da kamuflyaj geyimində olan silahlı şəxslər konsert zalına hücum etmiş, insanlara atəş açmış və binanı yandırmışdılar. Nəticədə 149 nəfər həlak olmuş, 609 nəfər yaralanmışdı.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu