Belarus Prezidenti Aleksandr Lukaşenko çıxışlarından birində gözəllik və sağlam həyat tərzi ilə bağlı qeyri-adi fikirlər səsləndirib. O bildirib ki, xüsusilə gənc qadınlar gözəl görünməyə can atır və bunun üçün müxtəlif üsullara əl atırlar.
Redaksiya xəbər verir ki, Aleksandr Lukaşenkonun sözlərinə görə, insanlar üzlərinə müxtəlif vasitələr çəkir, hətta hamamda baldan belə istifadə edirlər. Prezident bunu başa düşdüyünü desə də, ən effektiv gözəllik formulasının olduqca sadə olduğunu vurğulayıb.
Belarus lideri bildirib ki, ən yaxşı üsul bel götürüb qar təmizləməkdir. Onun fikrincə, bu cür fiziki fəaliyyət insanı gənc saxlayır, formada qalmasına kömək edir və daha cəlbedici edir. Lukaşenko qeyd edib ki, bu metod həm sağlamlıq, həm də xarici görünüş baxımından faydalıdır.


