AS TB 0 - 728x90
IMG 20260105 WA0290

Maviüzgəcli tunanın Tokio hərracında rekord qiymətə satılması gündəm oldu

Tokioda keçirilən balıq hərracında 243 kiloqram çəkisi olan maviüzgəcli tuna rekord məbləğə satılıb. Balıq 510 milyon yen, təxminən 3,2 milyon avro qarşılığında alıcı tapıb.

Redaksiya xəbər verir ki, satışa çıxarılan maviüzgəcli tuna Yaponiyanın şimalında yerləşən Aomori prefekturasının sularında ovlanıb. Balığın alıcısı suşi üzrə ixtisaslaşmış iri yapon restoranlar şəbəkəsi olub.

Yaponiyada ilin ilk hərracında əsas lotun alınmasının biznes üçün uğur gətirdiyinə inanılır. Bu cür alışların müştərilərin diqqətini cəlb etdiyi və ən bahalı balığı dadmaq üçün uzun növbələrin yarandığı bildirilir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu