Meksikada baş verən güclü zəlzələ ölkə prezidenti Klaudiya Şeynbaumun mətbuat konfransı zamanı hiss olunub. Yeraltı təkanlar səbəbindən tədbir yarımçıq dayandırılıb və iştirakçılar təhlükəsizlik məqsədilə binanı tərk ediblər.
Redaksiya xəbər verir ki, 6,5 bal gücündə qiymətləndirilən zəlzələ xüsusilə Mexiko şəhərində güclü hiss olunub. Paytaxtda bəzi binalara ziyan dəyib və şəhər sakinləri arasında təşviş yaranıb.
Rəsmi qurumlar zəlzələdən sonra təhlükəsizlik tədbirlərini gücləndirib, dövlət binalarında yoxlamalara başlanılıb. Prezident administrasiyası konfrans iştirakçılarının təhlükəsiz şəkildə təxliyə edildiyini açıqlayıb.
Hazırda fövqəladə xidmətlər vəziyyəti nəzarətdə saxlayır, zərərin miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hakimiyyət orqanları əhalini rəsmi məlumatları izləməyə və ehtiyatlı olmağa çağırıb.


