AS TB 0 - 728x90
IMG 20260123 WA0017

Mel Gibsondan xərçəng müalicəsi ilə bağlı iddia: “Media bunu niyə işıqlandırmır?”

ABŞ-li aktyor və rejissor Mel Gibson mediada yer almayan iddia ilə çıxış edərək, tanıdığı 3 nəfərin 4-cü mərhələ xərçəng diaqnozu almasına baxmayaraq sağaldığını bildirib. Onun sözlərinə görə, həmin şəxslər hazırda xəstəliyi tam şəkildə geridə qoyub.

Redaksiya xəbər verir ki, Mel Gibson bu nəticələrin İvermektin və Fenbendazol adlı preparatların istifadəsi ilə əldə edildiyini iddia edib. Aktyor “media niyə bunu işıqlandırmır?” sualını da səsləndirərək mövzunun diqqətdən kənarda saxlanıldığını vurğulayıb.

Gibsonun açıqlamasında qeyd olunur ki, sözügedən 3 nəfər ağır onkoloji mərhələdə olsalar da, alternativ müalicə kimi təqdim edilən bu preparatlardan sonra müsbət nəticə əldə ediblər. O, bu prosesin həkim nəzarəti və ya klinik protokollar çərçivəsində aparılıb-aparılmadığı barədə əlavə məlumat verməyib.

Mütəxəssislər isə xatırladır ki, İvermektin və Fenbendazol preparatları xərçəng müalicəsi üçün beynəlxalq tibbi protokollarda təsdiqlənməyib və bu cür iddialar elmi klinik tədqiqatlarla sübut olunmayıb. Rəsmi səhiyyə qurumları bu tip bəyanatların tibbi məsləhət kimi qəbul edilməməli olduğunu bildirir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu