AS TB 0 - 728x90
IMG 20260119 WA0150

Moda dünyasının əfsanəsi Valentino Garavanisi vəfat etdi

İtalyan moda dizayneri, Valentino moda evinin banisi Valentino Garavani 93 yaşında dünyasını dəyişib. O, qlobal moda sənayesində onilliklər ərzində formalaşdırdığı estetik yanaşma və yüksək dəbli kolleksiyaları ilə tanınıb.

Redaksiya Skytg24-ə istinadla xəbər verir ki, Valentino Garavaninin vəfatı ilə bağlı məlumat televiziya kanalı tərəfindən təsdiqlənib. Bildirilir ki, dizayner uzun illər ərzində İtaliya və beynəlxalq moda mühitində aparıcı fiqurlardan biri olub.

Mərhum dizaynerin vəfatı ilə əlaqədar ailəsi və moda ictimaiyyəti tərəfindən dərin hüzn ifadə edilib. Onun yaratdığı Valentino brendi lüks, zəriflik və klassik üslubun simvollarından biri kimi qəbul olunur.

Yenilənmiş məlumata əsasən, Valentino Garavaninin dəfn mərasimi cümə günü Romada keçiriləcək. Bu barədə dizaynerin fondu rəsmi açıqlama yayıb.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu