Moskva şəhərində naməlum mənşəli virusun sürətlə yayılması əhali arasında ciddi narahatlıq doğurur. Yoluxan şəxslərdə qulaq nahiyəsində güclü ağrı, intensiv öskürək və yüksək hərarət müşahidə olunur. Həkimlər xəstəliyin gedişində bədən sızısı və güclü yuxululuğun da qeyd edildiyini bildirirlər.
Redaksiya məlumat verir ki, Rusiya Səhiyyə Nəzarəti Xidməti hazırda bölgədə əsasən hava-damcı yolu ilə ötürülən A tipli qrip viruslarının üstünlük təşkil etdiyini açıqlayıb. Qurumun məlumatına görə, virusun yüksək yoluxduruculuğu səbəbindən əhali arasında ehtiyat tədbirlərinə ciddi riayət olunması vacibdir.
Mütəxəssislər insanların sıx toplaşdığı məkanlardan mümkün qədər uzaq durmağı, sanitar-gigiyena qaydalarına əməl etməyi, xüsusilə də tənəffüs yollarını qorumaq üçün tibbi maskalardan istifadə etməyi tövsiyə edirlər. Rospotrebnadzor əlavə edib ki, simptomlar müşahidə olunduğu halda vətəndaşlar özünümüalicədən çəkinərək vaxtında tibbi yardıma müraciət etməlidirlər.


