AS TB 0 - 728x90
Mubariz Mensimov Foto Sexsi arxiv Twitter

Mübariz Mənsimov Türkiyədə Ekol TV-nin bağlanması ilə bağlı istintaqa cəlb edilib

Ekol TV-nin fəaliyyətini qəfil dayandırmasından sonra qurumla bağlı hüquqi proseslər başladılıb. Məlumata görə, televiziya kanalının bağlanması “qara pul” iddiaları fonunda diqqət mərkəzinə düşüb və məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Redaksiya istinadla məlumat verir ki, İstanbul, Küçükçekmece Baş Prokurorluğu tərəfindən başladılan araşdırma çərçivəsində Mübariz Mənsimov, Veysel Şahin, Emrah Doğru və vəkil Ersan Şenin adları istintaq materiallarında yer alır. İddialar maliyyə əməliyyatlarının qanuniliyinin yoxlanılmasını əhatə edir.

Rəsmi qurumlar araşdırmanın detalları barədə hələlik əlavə məlumat açıqlamayıb. Bildirilir ki, istintaq Ekol TV-nin maliyyə mənbələri və fəaliyyət mexanizmlərinin hərtərəfli təhlilini nəzərdə tutur.

Hüquqi proseslərin gedişində yeni məlumatların açıqlanacağı gözlənilir. Məsələ ictimaiyyət və media tərəfindən diqqətlə izlənilir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu