AS TB 0 - 728x90
01 2 scaled

Neftçalada Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd olunub

Peşə bayramı ilə əlaqədar olaraq, Neftçala şəhərinin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, önünə tər gül dəstələri düzülüb və ruhu ehtiramla yad edilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin rəhbərliyi, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin əməkdaşları iştirak ediblər.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir və fəaliyyətlərində uğurlar arzulayır.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu