İsrail Baş naziri Benyamin Netanyahu ordusuna Qəzzaya bütün gücü ilə hücum etməyi əmr edib. Gərginlik bölgədəki atəşkəs razılaşmasını təhlükə altına salıb.
Redaksiya xəbər verir ki, Axios nəşrinə danışan amerikalı rəsmilər İsraili atəşkəsin çökməsinə səbəb ola biləcək radikal addımlardan çəkinməyə çağırıblar. İsrailin dövlət yayım qurumu isə bildirib ki, hökumət “HƏMAS-a cəza olaraq” Qəzzanın daxilindəki nəzarət zonasını genişləndirməyə qərar verib.
İsrailli hərbi mənbə əlavə edib ki, Hamas qüvvələri yerləşmə xəttinin şərqində İsrail bölmələrinə hücum edərək atəşkəs rejimini pozub.

