AS TB 0 - 728x90
B 261 novorossiysk scaled 1

“Novorossiysk” sualtı qayığında yanacaq sızması: ciddi iddialar

Dizel-elektrik tahrikli “B-261 Novorossiysk” sualtı qayığında baş vermiş texniki nasazlıqla bağlı iddialar gündəmə gəlib. Məlumata görə, sualtı qayığında qeyd olunmayan “zədələr” səbəbindən yanacaq sızması baş verib və yanacaq birbaşa sintinəyə axıdılıb.

Redaksiya xəbər verir ki, bu barədə məlumatı “Zone Militaire” yayıb. Hadisəni qeyri-adi edən məqam isə rus müxalif “Telegram” kanalı “Tcheka-OGPU”-nun iddialarıdır. Kanalın yaydığı sənədlərə görə, “Novorossiysk” ciddi texniki nasazlıq yaşayır. Bildirilməyən “zədələr” səbəbindən sualtı qayığında yanacaq sızması baş verib və yanacaq birbaşa sintinəyə axıdılıb.

“DefenceTurk” saytında dərc olunan xəbərə görə, bu cür hadisələr sualtı qayığın əməliyyat qabiliyyətinə mənfi təsir göstərə bilər. Yanacaq sızması həm də ətraf mühit üçün təhlükə yaradır. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib, lakin iddialar sualtı qayığın texniki vəziyyəti ilə bağlı ciddi suallar doğurur.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu