AS TB 0 - 728x90
Img 20250507 004852 6201.jpg

Özbəkistan İdman Naziri Dünya Alpaqut Federasiyasının Nümayəndələri ilə Görüşdü – FOTO

Dünya Alpaqut Federasiyasının (DAF) nümayəndə heyəti Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının İdman naziri Adxam İkramov tərəfindən qəbul edilib. Nazirlikdə keçirilən görüşdə tərəflər Alpaqut döyüş sənətinin Mərkəzi Asiya regionunda inkişaf perspektivləri, təşkilati məsələlər və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Özbəkistan tərəfindən nazir Adxam İkramov və nazir müavini Şaxrulla Maxmudov iştirak ediblər. DAF-ı isə Fəxri prezident və İdarə Heyətinin üzvü Fərid Əlizadə, İdarə Heyətinin sədri Vasif Namazov, İnkişaf və Araşdırma məsələləri üzrə vitse-prezident Tural Abasquliyev və Federasiyanın Asiya üzrə səlahiyyətli nümayəndəsi Alfiya Kalmaqanbetova təmsil ediblər. 

Tərəflər Özbəkistanda yerli Alpaqut federasiyasının təsis olunması və Asiya səviyyəsində fəaliyyət göstərəcək regional federasiyanın yaradılması istiqamətində ilkin anlaşmaya nail olublar. Görüş zamanı regional əməkdaşlıq, idman diplomatiyası və Alpaqutun beynəlxalq aləmdə tanınmasının təşviqi məsələləri də müzakirə olunub.

Görüşün sonunda Azərbaycan nümayəndə heyəti tərəfindən nazir Adxam İkramova xatirə hədiyyəsi olaraq Alpaqut Çapanı təqdim edilib. Səmimi şəraitdə keçən görüşün sonunda xatirə şəkli çəkilib. Nazir İkramov da öz növbəsində Alpaqut nümayəndələrinə hədiyyələr təqdim edib. 

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu