AS TB 0 - 728x90
491439439 18496060576027835 286903608100639978 n.jpg

Özbəkistan nümayəndə heyəti Bakı Musiqi Akademiyasında olub

Özbəkistan Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq doktoru Azatgül Taşmatova, Batır Zakirov adına Estrada sənəti İnstitutun professoru, sənətşünaslıq namizədi Lola Qənixanova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşlar.

Əməkdar müəllim, BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva qonaqları qarşılamış, iki qardaş ölkənin ali təhsil ocaqlarının mədəni əlaqələrindən danışmışlar. Sonra qonaqlar Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar artist, tanınmış dirijor Fuad İbrahimov, BMA-nın elmi laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əlavə Təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova ilə də görüşmüşlər.

Qardaş ölkənin musiqi xadimləri də öz növbəsində Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli başda olmaqla, bütün professor müəllim heyətinə böyük diqqət və isti münasibət üçün dərin təşəkkürlərini bildirmişlər.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu