Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədəki zəlzələlərdən sonra aparılan yenidənqurma işlərini yüksək qiymətləndirib və Prezident Rəcəb Tayyib Ərdoğanın xalqına bağlılığını vurğulayıb. O bildirib ki, qısa müddətdə on minlərlə yeni mənzilin təmin olunması Ərdoğanın xalqına olan sevgisinin və güclü iradəsinin göstəricisidir.
Redaksiya xəbər verir ki, dövlət başçısı əlavə edib ki, bu, güclü Türkiyənin təzahürüdür: “Ancaq güclü bir dövlət bu qədər qısa zamanda belə böyük tikinti və bərpa işlərini həyata keçirə bilər.”
Prezident İlham Əliyev eyni zamanda qeyd edib ki, Türkiyədə yaradılan “Azərbaycan məhəlləsi” xalqlar arasında sarsılmaz qardaşlığın simvoludur.
Sevinc Kərimova


