AS TB 0 - 728x90
Img 20250622 011155 224.jpg

Putin: Rusiyanın İrana yardım etməməsinin səbəblərindən biri İsraillə yaxın əlaqələrdir

Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı verdiyi açıqlamada Moskvanın İrana birbaşa hərbi yardım göstərməməsinin səbəblərindən birinin İsraillə yaxın münasibətlər olduğunu bildirib. Onun sözlərinə görə, İsraildə demək olar ki, iki milyon rusdilli insan yaşayır və bu, Rusiya üçün ciddi sosial və diplomatik amildir.

Redaksiya xəbər verir ki, Putin çıxışında “İsrail demək olar ki, rusdilli ölkədir,” – deyə qeyd edib. O əlavə edib ki, Rusiya həm İsraillə, həm də ərəb ölkələri ilə “yaxşı və dostluq münasibətləri” saxlayır və hər hansı münaqişəyə müdaxilə məsələsində ehtiyatlı davranır.

Putin vurğulayıb ki, bölgədəki hərbi qarşıdurmaların daha da dərinləşməsinin qarşısını almaq üçün tərəflər gərginliyi artırmaq əvəzinə, dialoqa üstünlük verməlidirlər. Rusiya liderinin bu mövqeyi Moskvanın Yaxın Şərqdə balanslı və neytral xətt tutmağa çalışdığını bir daha nümayiş etdirir.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu