AS TB 0 - 728x90
Havaqar scaled

Qar yağacaq, çovğun olacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Redaksiya xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Havanın minimal temperaturunun yanvarın 19-dan 20-nə keçən gecə 0 dərəcəyə yaxın, 21-22-si gecə saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısamüddətli çovğun olacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var.
Havanın minimal temperaturunun dağətəyi rayonlarda 6 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir.

Ölkə ərazisində, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu