Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi tərəfindən Qax rayonunun mərkəzində və kəndlərdə yerləşən tarixi abidələr, muzeylər, dağ cığırları və Qaxa səfər edən turistlər üçün lazımlı digər bütün məlumatları özündə əks etdirən Qax bələdçi xəritəsi hazırlanıb.
Azərbaycan və İngilis dillərində hazırlanmış xəritə rayonda fəaliyyət göstərən yerləşmə,ictimai iaşə və digər məkanlara paylanılmışdır.
Qaxa səfər edən turistlər xəritəni bu müəssisələrdən ödənişsiz olaraq əldə edə bilər.


