AS TB 0 - 728x90
IMG 20251227 WA0015

Rusiyada keçmiş diplomat casusluğa görə məhkum edildi

Rusiyada məhkəmə keçmiş diplomat Arseniy Konovalovu ABŞ kəşfiyyatına məxfi məlumat sızdırmaq ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edib. Hökm dövlətə xəyanət maddəsi üzrə çıxarılıb və qərar ictimaiyyətə açıqlanıb.

Redaksiya xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Konovalovu ABŞ tərəfinə gizli məlumatlar satmaqda ittiham edib. İstintaq orqanlarının mövqeyinə görə, ötürülən məlumatlar dövlət sirri hesab olunub.

Yayımlanan görüntülərdə saxlanılma anları əks olunub və keçmiş diplomatın psixoloji gərginlik yaşadığı müşahidə edilir. Hadisə Rusiyada casusluq və dövlət təhlükəsizliyi məsələləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu