AS TB 0 - 728x90
IMG 20260125 WA0212 scaled

Rusiyada sovet cizgi filmləri əsasında əyləncə parkları yaradıla bilər

Rusiyada yerli cizgi film qəhrəmanlarına həsr olunmuş əyləncə parklarının yaradılması təklifi irəli sürülüb. Təşəbbüsə əsasən, bu parklar xarici analoqlara alternativ kimi fəaliyyət göstərəcək və milli mədəni irsi ön plana çıxaracaq.

Redaksiya məlumat verir ki, məsələ Rusiya Federasiya Şurasında müzakirə olunub və parkların “Çeburlyandiya” adlandırılması təklif edilib. Layihənin əsas məqsədi yerli animasiya personajlarının tanıdılması və ailəvi istirahət üçün yeni məkanların yaradılmasıdır.

Təklif olunan əyləncə parklarında Çeburaşka, Krokodil Gena, Vinni-Pux, Karlson və digər sovet və rus cizgi filmlərinin məşhur qəhrəmanlarının yer alması planlaşdırılır. Bu personajlar əsasında attraksionlar, tematik zonalar və interaktiv proqramların hazırlanması nəzərdə tutulur.

Federasiya Şurasındakı təşəbbüs müəllifləri bildiriblər ki, belə parklar həm daxili turizmin inkişafına töhfə verə, həm də uşaqlar və böyüklər üçün milli dəyərlərə söykənən əyləncə mühiti yarada bilər. Layihənin həyata keçirilmə vaxtı və maliyyə mexanizmləri ilə bağlı müzakirələr davam edir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu