AS TB 0 - 728x90
1922

Sarkozinin həbsxanada alçaldılmasına dair iddialar yayıldı

Fransanın sabiq prezidenti Nikola Sarkozi Parisdəki La Santə həbsxanasında çətin şəraitlə üzləşib. Daily Mail nəşrinin məlumatına görə, digər məhbuslar onu davamlı şəkildə ələ salır və “Qəddafini sən öldürdün” deyə qışqıraraq yatmasına mane olurlar.

Redaksiya xəbər verir ki, məhkumlar Sarkozinin boyunun alçaq olmasını lağ obyektinə çeviriblər. Həbsin ilk günlərindən etibarən keçmiş prezidentin fiziki görünüşü və keçmiş siyasi fəaliyyəti məhbəslərdə məsxərəyə çevrilib.

Nəşrin məlumatına əsasən, Sarkoziyə təhlükəsizlik məqsədilə ayrıca kamera ayrılıb, lakin o, psixoloji təzyiqlərdən şikayətçidir. Fransada geniş rezonans doğuran bu hadisə sabiq dövlət başçısının “cinayətkar təşkilat yaratmaq” ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilməsindən sonra baş verib.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu