AS TB 0 - 728x90
01 3.jpg

Səbail rayonunda polisin saxladığı kuryerlərdən 12 kq narkotik vasitə aşkarlandı – VİDEO

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı 32 yaşlı Ülvi Rüstəmli narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 4 kiloqram marixuana, heroin, tiryək və 100 ədəd güclü təsiredici xassəyə malik tramadol həbi aşkarlanıb.

Redaksiya idarəyə istinadən xəbər verir ki, idarənin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatla 29 yaşlı Təbriz Ağayev də saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan hər iki şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqlarını və maddi qazanc müqabilində əvvəlcədən təyin olunmuş yerlərdən götürüb ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırma aparılır.

Kənan Cəlilov

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu