AS TB 0 - 728x90
1768680036 6ea5fcfe31ebfbc3944a12f183358a26

Səhər qəhvəsi üçün ideal vaxt – MİF DAĞILDI

Səhərlər qəhvə içməzdən əvvəl bir saat gözləməyə ehtiyac yoxdur. İlk qəhvəni oyandıqdan 25-30 dəqiqə sonra içə bilərsiniz.

Bunu britaniyalı həkim Rob Qallouey deyib.

O izah edib ki, kortizol səviyyəsi oyandıqdan sonra ilk 30-60 dəqiqə ərzində yüksəlir, lakin müntəzəm olaraq qəhvə içən insanlarda kofeinə qarşı tolerantlıq inkişaf edir:

“Nəticədə içkinin təbii hormonal dəyişikliklərə demək olar ki, heç bir təsiri olmur”.

Həkim bildirib ki, qəhvə üçün ideal vaxt yoxdur, çünki çox şey fərdi kofein həssaslığından və vərdişlərindən asılıdır. O, yuxudan sonrakı ilk saat ərzində qəhvəyə qoyulan ciddi qadağanın heç bir fizioloji əsası olmadığını vurğulayıb. (Publika.az)

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu