Avropa Komissiyasının qərarına əsasən, Şengen vizalarının verilmə müddəti əvvəlki viza tarixçəsinə görə dəyişəcək. Yeni qaydalar müraciət edənlərin əvvəlki vizalarının müddəti və müraciət vaxtına görə mərhələli şəkildə tətbiq olunacaq.
Redaksiya xəbər verir ki, əvvəlki vizası başa çatdıqdan sonra 1 il ərzində müraciət edənlərə 6 aylıq viza veriləcək. Əvvəlki 6 aylıq vizası bitdikdən sonra 2 il ərzində müraciət edənlər 1 illik vizaya sahib ola biləcəklər. Əvvəlki 1 illik vizadan sonra 2 il ərzində müraciət edənlərə 3 illik çox girişli viza təqdim ediləcək. Əvvəlki 3 illik vizası başa çatdıqdan sonra 2 il ərzində müraciət edənlər isə 5 illik çox girişli viza ala biləcəklər.
Qaydanın tətbiqi ilə Şengen vizası sahiblərinin uzunmüddətli səyahət imkanlarının genişlənəcəyi gözlənilir.
Sevinc Kərimova


