AS TB 0 - 728x90
Orientexpressfi

Şərq Ekspresi: Əfsanəvi qatar 2027-ci ildə yenidən yola çıxır

Parisdən İstanbuladək 1883-cü ildən 1977-ci ilə qədər səyahət edən əfsanəvi “Şərq Ekspresi” qatarı, 2027-ci ildə yenidən relslərə qayıdacaq. Bu, uzun illərdir ki, səyahətçilərin xəyallarını bəzəyən, lüks və romantikanın simvolu olan bir hadisədir. Bu qatarın yenidən fəaliyyətə başlaması, səyahət dünyasında yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilə bilər.

Redaksiya məlumat verir ki, hazırda “Şərq Ekspresi”nin istifadəyə verilməsi üçün hazırlıq işləri davam edir. Marşrutda 1920-ci illərə aid orijinal vaqonlardan istifadə olunacaq. Bu vaqonlar müasir şəraitə uyğunlaşdırılıb, lakin öz “art-deko” cazibəsini qoruyub saxlayıb. “Şərq Ekspresi” brendinə sahib olan Accor şirkəti bunu “miras və müasirliyin heyrətamiz dialoqu” kimi təsvir edir.

Bilet qiymətləri hələ açıqlanmayıb, lakin mütəxəssislər bu zövqün ucuz olmayacağını düşünürlər. Turistlər, həmçinin bu möhtəşəm vaqonları Parisdəki Dekorativ İncəsənət Muzeyində də görə biləcəklər. Onlar 2027-ci ilə qədər “1925-2025: Art-deko əsri” sərgisi çərçivəsində nümayiş etdiriləcək. Time Out-un yazdığına görə, iki ildən sonra sərnişinlər, Aqata Kristinin 1933-cü ildə yazdığı “Şərq Ekspresində qətl” detektiv romanından sonra daha da populyarlıq qazanan bu unikal qatarla yenidən səyahət edə biləcəklər. Sərnişinlər, divarlarında Cartier saatları olan tam iki nəfərlik yataq otaqları ilə lüks kupelərdə səyahət edə biləcəklər. Hər bir kupenin hər santimetri “sənətkarlar” tərəfindən diqqətlə hazırlanıb. Əsrlik dizaynların bərpası hekayəsi heyrətamizdir: bir qrup tarixçi Polşa və Belarus sərhədində 17 tərk edilmiş vaqon tapdı və sonra addım-addım onların hər birini bərpa edərək, əvvəlki əzəmətini geri qaytardı.

Bundan əlavə, 2026-cı ilin may ayında “Şərq Ekspresi”nin Venesiya versiyası istifadəyə veriləcək. Lüks qatar sərnişinləri Parisdən İtaliyanın Amalfitan sahillərinə aparacaq. 1977-ci ildə klassik marşrutun bağlanmasından sonra, 3000 kilometrdən çox olan bu marşrutun ayrı-ayrı hissələrində qatarlar hərəkət etsə də, tam olaraq demək olar ki, 50 ilə yaxın müddətdə fəaliyyət göstərməyib. Eyni zamanda, Uber taksi xidməti də öz qatarlarını istifadəyə vermək qərarına gəlib. İlk reyslərin 2029-cu ildə planlaşdırıldığı bildirilir.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu