AS TB 0 - 728x90
Suveyda suriye ordusu ps.jpg

Suriyanın cənubunda nə baş verir?

Suriyanın cənubunda baş verən silahlı qarşıdurmalar fonunda Türkiyə Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Redaksiya xəbər verir ki, nazirlik bəyan edib: “Suriyanın cənubunda baş verən şiddət hadisələrinin yerli səviyyədə dialoq vasitəsilə Suriya hökuməti tərəfindən ən qısa müddətdə sona çatdırılmasını və təhlükəsizliyin təmin edilməsini ümid edirik. Bu prosesdə Suriyanın suverenliyi və birliyi prioritet olmalıdır.

Bəyanatda qeyd olunub ki, Türkiyə beynəlxalq ictimaiyyətin məsuliyyətli tərəfdaşları ilə birlikdə Suriyada sabitliyin möhkəmləndirilməsi və uzlaşma səylərinə dəstəyini davam etdirəcək.

Hadisələrlə bağlı bölgədən gələn xəbərlərə əsasən, Suriya ordusu Dürzi silahlı qruplarla ərəb tayfaları arasında qarşıdurmaların baş verdiyi Süveyda şəhərinə daxil olub.

Suriya dövlət xəbər agentliyi SANA yazır ki, İsrail hərbi hava qüvvələri Süveyda şəhərinə hava zərbələri endirib. İsrail Ordusu Radiosu isə məlumat verir ki, İsrailə məxsus döyüş təyyarələri bölgədə Suriya ordusuna məxsus bir tankı hədəfə alaraq məhv edib.

Suriya Müdafiə Nazirliyinə bağlı Münaqişələrin Qarşısını Alma Qüvvələri Süveyda şəhərində qarşıdurmaları dayandırmağa çalışdıqları zaman Dürzi silahlı qrupları tərəfindən hücuma məruz qalıblar. Hücum nəticəsində Nazirliyə bağlı üç hərbçi həlak olub, on hərbçi isə yaralanıb. Bildirilib ki, bu qüvvələr bölgədə qarşıdurmaları dayandırmaq və mülki vətəndaşları qorumaq məqsədilə yerləşdirilmişdi.

Sevinc Kərimova

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu