AS TB 0 - 728x90
IMG 20260213 WA0010

TƏCİLİ! Azərbaycanda yeni email dələduzluq sxemi aşkarladıq – AÇMAYIN

Azərbaycanda yeni onlayn dələduzluq üsulu qeydə alınıb. Əvvəllər müxtəlif beynəlxalq domenlərdən (@gmail.com, @hotmail.com və s.) göndərilən və istifadəçilərin telefon məlumatlarını ələ keçirməyə yönəlmiş məktublar yayılırdısa, hazırda dələduzlar birbaşa .az yüksək səviyyəli domeni (ccTLD) ilə qeydiyyatdan keçmiş lindpro.az domenindən istifadə edirlər.

Redaksiya xəbər verir ki, dələduzlar özlərini yerli şirkət kimi təqdim edərək SWIFT adlı .rar formatlı faylı istifadəçilərə göndərirlər. Məktub “RE: Վճարում” başlığı ilə əvvəlcədən yazışma mövcudmuş kimi göstərilir. Diqqət çəkən məqam isə “Վճարում” sözünün erməni dilində yazılması və tərcümədə “ödəmə” mənasını ifadə etməsidir.

Bir məktubda iki mətn birləşdirilərək azərbaycanca belə təqdim olunur: “Salamlar, Proforma fakturası əlavə olunub, ödəniş surətinizi gözləyirəm” və “Salam, Bu səhər etdiyimiz ödənişin sübutu əlavə olunub, pulu aldığınızı təsdiqləyin”. Bu üsulla istifadəçilərdə real maliyyə əməliyyatı təəssüratı yaradılmağa çalışılır.

Tərəfimizdən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, göndərən email ünvanı e***@lindpro.az kimi görünür və lindpro.az domeni baş hərfləri E. A. olan eyni şəxsi təmsil edir. Bu isə domen qeydiyyatı ilə göndərən ünvan arasında uyğunluq yaradılaraq etibarlılıq görüntüsü formalaşdırıldığını göstərir.

Vətəndaşlara tövsiyə olunur ki, bu cür məktublarla qarşılaşdıqda dərhal göndərənin email ünvanındakı domen adını yoxlasınlar, şübhəli hallarda hüquq-mühafizə orqanlarına və online.az saytının əlaqə bölməsinə məlumat versinlər, həmçinin məktubu SPAM kimi işarələsinlər. Mütəxəssislər bildirirlər ki, naməlum .rar faylların açılması şəxsi və maliyyə məlumatlarının oğurlanmasına səbəb ola bilər.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu