Hindistanda ölümcül Nipah virusunun yayılması ilə bağlı həkimlər ciddi xəbərdarlıq ediblər. Bildirilir ki, xəstəliyin hazırda təsdiqlənmiş müalicə üsulu yoxdur və vəziyyət sürətlə pisləşə bilər. Mütəxəssislər virusun yüksək yoluxuculuğu və ağır fəsadları səbəbindən təhlükənin ciddi olduğunu vurğulayırlar.
Redaksiya xəbər verir ki, indiyədək dəhşətli simptomlarla müşayiət olunan 5 yoluxma faktı qeydə alınıb və virusun həm heyvanlar arasında, həm heyvanlardan insanlara, həm də insanlar arasında asanlıqla yayıldığı açıqlanıb. İlkin mərhələdə xəstələrdə adi soyuqdəyməni xatırladan əlamətlər müşahidə olunur, lakin sonrakı mərhələdə vəziyyət kəskin şəkildə ağırlaşır.
Həkimlər bildiriblər ki, virus son dərəcə təhlükəlidir və hazırda ona qarşı heç bir peyvənd mövcud deyil, xəstəlik müalicə edilə bilmir. Onların fikrincə, Hindistana səfər edən turistlər və çimərliklərdə istirahət etməyi sevən şəxslər vasitəsilə vəziyyət qlobal miqyasda yeni pandemiyaya çevrilə bilər. Mövcud şərait beynəlxalq səhiyyə qurumlarını da ciddi şəkildə narahat edir.


