AS TB 0 - 728x90
Manat

Təhsil sektoruna dövlət büdcəsindən 5 milyard manatdan çox vəsait ayrılacaq

Təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyon manat vəsait ayrılacaq.

Redaksiya Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, 2025-ci illə müqayisədə 79,1 milyon manat və ya 1,6 faiz çoxdur. Təhsil xərclərinin ÜDM-də payı 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12 faiz təşkil edəcək.

Bu sahə üzrə xərclərin bölgüsü aşağıdakı kimidir:

• Ümumi təhsil xərcləri – 2 milyard 414,8 milyon manat;

• Ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi – 801,5 milyon manat;

• Məktəbəqədər təhsil xərcləri – 468,2 milyon manat;

• Orta ixtisas təhsili xərcləri – 94,2 milyon manat;

• Peşə təhsili xərcləri – 105,5 milyon manat;

• Əlavə təhsil və tətbiqi tədqiqatlar – 28,2 milyon manat;

• Təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər – 1 milyard 104,1 milyon manat.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu