AS TB 0 - 728x90
1000368564

The American Conservative: Netanyahu sülh planını necə poza bilər

ABŞ mərkəzli “The American Conservative” nəşrində Trampın Qəzza sülh planının gələcəyi ilə bağlı geniş təhlil dərc olunub. Yazıda qeyd olunur ki, Trampın Qəzzadakı müharibəni bitirməyə yönələn planı üzərində danışıqlar davam etsə də, İsrailin baş naziri Benyamin Netanyahunun hələ plan rəsmən açıqlanmadan prosesi baltalamağa başladığı bildirilir.

Redaksiya xəbər verir ki, nəşrə görə, Netanyahunun planı dəyişdirmək üçün atdığı addımlar ABŞ və ərəb ölkələrində narazılıq yaradıb. Axios jurnalisti Barak Ravid yazır ki, HƏMAS-ın qarşısına qoyulan sənəd artıq ilkin razılaşdırılmış variantdan xeyli fərqlidir. Netanyahu İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını HƏMAS-ın silahsızlaşdırılmasında irəliləyişlə əlaqələndirib və bu prosesə İsrailə veto hüququ verib.

Məqalədə qeyd olunur ki, bu dəyişikliklər İsrailin bölgədən çıxmasını qeyri-müəyyən vaxta qədər uzada bilər. Üstəlik Netanyahu, sənəddə Fələstinlilərin “öz müqəddəratını təyin etməsi” bəndinə baxmayaraq, müstəqil Fələstin dövlətinin mümkün olmadığını bəyan edib.

“The American Conservative” xatırladır ki, Netanyahu bundan əvvəl də ABŞ vasitəçiliyi ilə başlanan iki sülh prosesini pozmuşdu. Nəşr yazır ki, Netanyahu hazırda həm seçicilər, həm də ifrat sağçı koalisiya tərəfdaşları arasında sıxışıb. Bu qrupdakı nazirlər – o cümlədən İtamar Ben-Qvir və Bezalel Smotriç – hər hansı sülh sazişinə qarşı çıxır və onu sabotaj etməyə çalışırlar.

İsrailli siyasətçi Mtanes Şehadə bildirib ki, hökumət planı qəbul etsə, Ben-Qvir və Smotriçin partiyaları koalisiyadan çıxacaq və bu, ölkədə növbədənkənar seçkilərə səbəb ola bilər.

Ekspertlərin fikrincə, Trampın Netanyahudan planı qəbul etməsi üçün göstərdiyi təzyiq nəticə verə bilər. Lakin əgər ABŞ təzyiqini davam etdirməzsə, Netanyahu sülh prosesini pozmağın yeni yollarını tapacaq.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu