Türk Hava Yolları bölgədəki təhlükəsizlik səbəblərinə görə bəzi istiqamətlərə uçuşları müvəqqəti olaraq ləğv edib.
Redaksiya xəbər verir ki, aviaşirkət 13 iyun – 31 iyul 2025 tarixləri arasında İran, İraq, Suriya, Livan və İordaniyaya planlaşdırılan bütün uçuşlarını dayandırdığını açıqlayıb.
Məlumata görə, bu istiqamətlərə bilet almış sərnişinlərə ödənişsiz rezervasiya dəyişikliyi, geri qaytarma və ya bilet müddətini uzatma hüququ tanınacaq.
Sevinc Kərimova


