Türkiyə Böyük Millət Məclisində (TBMM) zəhərlənmə şübhəsi ilə 100-dən çox şəxs xəstəxanaya müraciət edib.
Redaksiya Türkiyənin Yeniçağ nəşrinə istinadən xəbər verir ki, hadisə zamanı millət vəkilləri və digər əməkdaşlar arasında ishal, qusma və halsızlıq halları qeydə alınıb. Zərərçəkənlər təcili tibbi yardım müəssisələrinə yerləşdirilib.
Məsələ ilə bağlı araşdırma aparılır. Hadisənin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.
Sevinc Kərimova


