AS TB 0 - 728x90
A68ff27f 7be5 4bb5 9957 4a1720730ce4 2.jpg

Türkiyədən olan alpaqutlar çempionatda iştirak etdilər

Türkiyə Alpagut Döyüş Sənətləri Federasiyası 19 May – Gənclik və İdman bayramına həsr olunmuş Türkiyə Çempionatını Niğdədə uğurla həyata keçirdi.

Çempionat 16–19 may 2025-ci il tarixlərində Niğdə valiliyi və Niğdə Ömər Halis Dəmir Universitetinin ev sahibliyi ilə baş tutdu.

Ümumilikdə 28 klubdan 473 idmançı, məşqçi, hakim və idarə heyəti üzvü yarışda iştirak etdi. Tədbir Niğdə ictimaiyyətindən təxminən min nəfər tamaşaçını cəlb etdi.

Niğdə valisi Dr. Cahit Çelik, Niğdə Ömər Halis Dəmir adına Universitetinin prorektoru Prof. Dr. Ersin Aydın, Niğdə Gənclər və İdman şəhər müdiri İlker Ötgünlü və Ulukışla qaymakam vəkili Yunus Kösenin iştirakı bu çempionata xüsusi dəyər qatdı.

Bu möhtəşəm tədbirin uğurla keçirilməsində əməyi keçən bütün idmançılara, məşqçilərə, hakimlərə, idarə heyətinə və digər dəstək verən hər kəsə dərin təşəkkürümüzü bildiririk.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu