Somalinin müdafiə naziri Ahmed Moallim Fiqi Türkiyəyə məxsus F-16 qırıcılarının Somaliyaya gəlişi ilə bağlı açıqlama verərək bunu ekstremist qruplara açıq xəbərdarlıq kimi qiymətləndirib.
Redaksiya xəbər verir ki, nazir bildirib ki, F-16 qırıcıları ekstremistlərə güclü mesaj göndərir və onların haraya raket atmasından asılı olmayaraq, bunun onlar üçün nümunə olacağını vurğulayıb.
Ahmed Moallim Fiqinin sözlərinə görə, bu gün ekstremistləri məhv və matəm gözləyir. O, qarşı tərəfi raketlərin və barıtın səsinə hazır olmağa çağırıb və talelərini qəbul etməli olduqlarını bildirib.
Nazir qeyd edib ki, Somalinin təhlükəsizliyinə təhdid yaradan qüvvələrə qarşı qətiyyətli mübarizə davam etdiriləcək və ölkə ərazisində sabitliyin bərpası üçün bütün zəruri tədbirlər görüləcək.


