AS TB 0 - 728x90
D7f903a0 d7a2 11f0 aae2 2191c0e48a3b.jpg scaled

Uorner Bros uğrunda mübarizə Hollivudda gərginlik yaradıb

Hollivudda böyük studiyalar arasında rəqabət daha da kəskinləşib. Paramount və Netflix media nəhəngi Uorner Brosu ələ keçirmək üçün mübarizəyə başlayıb və bu proses kino sənayesində ciddi narahatlıq doğurub.

Redaksiya xəbər verir ki, mümkün razılaşma baş tutacağı təqdirdə, bu, Hollivudun güc balansını köklü şəkildə dəyişə bilər. Mütəxəssislər hesab edir ki, Uorner Bros kimi böyük bir studiyanın taleyi həm kino istehsalına, həm də yayım bazarına birbaşa təsir göstərəcək.

Sənaye nümayəndələri bu rəqabətin yaradıcı azadlıqlara və film layihələrinin gələcəyinə necə təsir edəcəyini diqqətlə izləyir. Analitiklərin fikrincə, sövdələşmə baş tutarsa, bu, son illərin ən böyük media birləşmələrindən biri ola bilər.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu