AS TB 0 - 728x90
0cd56c81 caad 4394 b17e 7d0e11cc2d73 scaled

Van vilayətində aşirət liderinin oğlunun güllələnməsi araşdırılır

Türkiyənin Van vilayətində Ertoşi aşirətinin lideri İskəndər Ertuş miras mübahisəsi zəminində oğlu Hadi Ertuşu yaşadığı evdə ayaqlarından güllələyib. Hadisə ailə daxilində yaranan münaqişə zamanı baş verib və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Redaksiya T24-ə istinadla xəbər verir ki, ayaqlarından yaralanan Hadi Ertuş tibbi müəssisəyə yerləşdirilib və onun müalicəsi hazırda davam edir. Həkimlər yaralının vəziyyətinin stabil olduğunu bildirirlər.

Məlumata görə, hadisədən sonra ata İskəndər Ertuş polis tərəfindən saxlanılıb və təxminən üç saatlıq dindirilmədən sonra sərbəst buraxılıb. Faktla bağlı araşdırma aparılır və hadisənin hüquqi qiyməti müvafiq orqanlar tərəfindən müəyyən ediləcək.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu