AS TB 0 - 728x90
1759917168303061380 1200x630

Xocalının Xanyurdu kəndinə daha 18 ailə köçürülüb

Xocalının Xanyurdu kəndinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən xəbərə görə, ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə qayıdıb.

Rəsmilər sakinləri doğma kəndlərinə qayıdışı münasibətilə təbrik edib, yeni tikilmiş evlərinin açarlarını onlara təqdim ediblər.

Qeyd edək ki, Xanyurdu kəndində sakinlər üçün müasir standartlara uyğun fərdi evlər inşa olunub, elektrik, qaz, su təchizatı, rabitə və internet infrastrukturu tam şəkildə təmin edilib. Bu günədək Xocalı rayonunun Xanyurdu kəndinə 69 ailədən ibarət 237 nəfər keçmiş məcburi köçkün köçürülüb.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu