AS TB 0 - 728x90
IMG 20260102 WA0142 scaled

Zamanın axınının dəyişməsi iddiaları dini müşahidələrlə gündəmə gəldi

Son dövrlərdə vaxtın daha sürətlə keçməsi ilə bağlı iddialar ictimai müzakirələrdə yer almaqdadır. Bu iddialar yalnız müasir insanların subyektiv hissləri ilə deyil, uzun illər dəyişməz qaydalarla yaşayan dini icmaların müşahidələri ilə də əsaslandırılır.

Redaksiya xəbər verir ki, Afina yaxınlığındakı Athos dağında yaşayan rahiblər əsrlərdir eyni qayda ilə hazırlanan və iyirmi dörd saat yanması nəzərdə tutulan şamların indi daha uzun müddətdə sönməsini qeydə aldıqlarını bildiriblər. Onların sözlərinə görə, şamların hazırlanma üsulu dəyişməsə də, yanma müddətində fərqlər yaranıb.

Rahiblər həmçinin gündəlik duaların və dəqiq vaxt bölgüsünə əsaslanan ibadət qaydasının əvvəlki illərlə müqayisədə eyni zaman çərçivəsinə sığmadığını qeyd edirlər. Bir vaxtlar müəyyən müddətdə oxunan duaların indi daha çox vaxt apardığı bildirilir.

Məsələ ilə bağlı elmi qurumlar tərəfindən rəsmi təsdiq edilmiş nəticə olmasa da, sosial şəbəkələrdə və qeyri-rəsmi mənbələrdə illər üzrə günün uzunluğu ilə bağlı müqayisələr yayılır. Mütəxəssislər bu cür iddiaların əsasən subyektiv qavrayış və müşahidələrə söykəndiyini, zaman anlayışının isə fiziki baxımdan dəyişməz qaldığını vurğulayırlar.

AS 1 - 728x90
AS 3 - 728x90
AS 4 - 728x90
Reklamınız burada Mobil
© Redaksiya.
Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə Redaksiya-ya istinad etməyiniz mütləqdir.
DUNS: 933892479, MEDİA RN: BDE437CEF074D2
Slide Menu