İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək üçün hazırlıq etdiyi barədə Qərb mediası xəbər verir. Bu fonada ABŞ hərbi bazaları tam döyüş hazırlığına gətirilib, Tramp isə Ağ Evdə yüksələn gərginliklə bağlı ordu komandanları ilə danışıqlar aparır.
Redaksiya xəbər verir ki, Tramp son təhlükəsizlik iclasını Ağ Evdə keçirib və bir daha bildirilib ki, ABŞ dövlət katibliyinin Bağdaddakı səfirliyə qismən təxliyə planı hazırladığı bildirilir. ABŞ Müdafiə Nazirliyi regiondakı bütün hərbi obyektləri döyüş vəziyyətinə gətirib. İran Müdafiə naziri Əziz Nəsirzadə isə bildirib ki, əgər müharibə başlasa, ABŞ bazalarının hamısı hədəfə çevriləcək və İran bir həftə əvvəl iki tonluq döyüş başlıqlı raket testi həyata keçirib.
Bu xəbərlərin fonunda, ABŞ döyüş təyyarələrinin bir müddət öncə Suriyanın Tel Abyad bölgəsini vurduğu söylənir.
Bildirilir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bütün bölmələri yüksək həyəcan vəziyyətinə gətirilib. Yerli xəbər mənbələrinin məlumatına görə Hərbi Hava Qüvvələrinin komandanı general Hacızadə İraqla sərhəddə, ballistik raket bazalarının yerləşdiyi Kirmanşah bölgəsinə gedib.
İsrail yerli mətbuatı isə İrana qarşı hücumun yaxında başlayacağını iddia edirlər.
Müzakirələrə görə, bu gərginlik İranla ABŞ arasında nüvə danışıqlarının tıxandığı vaxta təsadüf edir və ABŞ Tehrana qarşı hədələrlə diplomatik üstünlük qazanmağa çalışır.
Bu xəbərlər neft bazarında böyük dalğalanmalara səbəb olub – Brent nefti təqribən 5%-dən çox dəyər qazanaraq $70‑a yaxınlaşıb.
Sevinc Kərimova


